Yuxarı

Məktəblərarası Avropa Pul Viktorinasına qeydiyyat başlayıb

​"Bank Respublika" Avropa Pul Viktorinasına dəstək olacaq

69

Finalı Belçikanın paytaxtı Brüsseldə keçiriləcək məktəblilər arasında Avropa Pul Viktorinasının (Europian Money Quiz) ölkəmizdəki baş tərəfdaşı - "Bank Respublika" ASC olacaq.

Viktorina Azərbaycan Mərkəzi Bankı, Təhsil Nazirliyi, "Azərbaycan Banklar Assosiasiyası" İctimai Birliyi və Almaniya Əmanət Banklarının Beynəlxalq Əməkdaşlıq Fondunun təşkilatçılığı ilə keçiriləcək.

Avropa Pul Viktorinası”30-a yaxın Avropa ölkəsinin məktəbliləri arasında maliyyə savadlılığı üzrə elektron daşıyıcılar vasitəsilə (telefon, planşet) keçirilən yarışdır. Viktorinada iştirak edəcək 13-15 yaşlı məktəblilərə bank-maliyyə xidmətləri, pul nişanlarının emissiyası və tədavülü, rəqəmsal ödənişlər və vergilər kimi iqtisadi mövzular üzrə suallar veriləcək.

Viktorina milli mərhələdən və Avropa finalından ibarətdir. Milli mərhələ – ilkin seçim və milli final mərhələsindən ibarətdir. İlkin seçim turu üçün bu linkdən qeydiyyatdan keçmək və müvafiq sualları cavablandırmaq lazımdır.

Sualları doğru cavablandıran iştirakçılar 13 mart 2020-ci il tarixində keçiriləcək milli final mərhələsində iştirak edə biləcək.

Milli final mərhələsində qalib gələn iki nəfər 28-29 aprel 2020-ci il tarixində Brüsseldə baş tutacaq Avropa finalında Azərbaycanı təmsil etmək hüququ qazanacaq.

Daha ətraflı məlumatı office@aba.az elektron poçt ünvanına, başlıq hissəsində (subject) “Avropa Pul Viktorinası” yazaraq əldə edə bilərsiniz. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi