Yuxarı
    Bağlamaq

    “Bank Respublika” 2018-ci ilin 3-cü rübünə dair maliyyə göstəricilərini açıqladı

    Bakı. 29 oktyabr. REPORT.AZ/ "Bank Respublika" 2018-ci ilin üçüncü rübünə dair maliyyə hesabatlarını açıqlayıb. Hesabatlara əsasən, üçüncü rübdə bank pozitiv dinamikanı davam etdirməyə müvəffəq olmaqla müsbət əməliyyat və maliyyə nəticələri göstərib.

    1 oktyabr 2018-ci il tarixinə bankın aktivləri 976 milyon manatdan çox olmuşdur ki, bu da ikinci rübün göstəricisindən 14% çoxdur. Üçüncü rübün nəticələrinə görə bankın xalis mənfəəti iki dəfə artaraq 1 milyon manatı keçib. Həmçinin, əmanət portfelinin artımını xüsusi olaraq vurğulamaq lazımdır. Belə ki, ötən ilin üçüncü rübünə nisbətən bankın əmanət portfelində 55% artm qeydə alınıb.

    "Əsas maliyyə göstəricilərinin müsbət dinamikası yeni texnologiyalardan istifadə edərək kiçik və orta sahibkarlığın inkişafına dəstək verməyi nəzərdə tutan bankın inkişaf strategiyasını mərhələli şəkildə həyata keçirməklə əldə edilmişdir. Bank Respublikanı əsas maliyyə tərəfdaşı kimi seçən müştərilərin sayının artması bizim üçün sevindirici haldır. Bu ilk növbədə ölkə üzrə bütün müştərilərə keyfiyyətli maliyyə xidmətləri göstərməyə çalışan komandamızın gərgin əməyinin nəticəsidir. Bizim əsas prioritetlərimiz sırasında - yeni məhsulların təqdim edilməsi, mobil bankçılıq və müştərilərə distant xidmət kanallarının gələcək inkişafı yer tutur "- deyə “Bank Respublika”nın İdarə Heyətinin sədri Asəf Namazov bildirib.

    Ətraflı məlumatı Bankın rəsmi internet saytından, facebooksəhifəisindən, eləcə də 144 Əlaqə Mərkəzindən əldə edə bilərsiniz. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi