​"Bank Respublika" bazara yeni kart məhsulu çıxarıb

​"Bank Respublika" bazara yeni kart məhsulu çıxarıb Bank bu plastik kartı VIP müştərilərə təqdim edir
Maliyyə
21 May , 2015 12:12
​Bank Respublika bazara yeni kart məhsulu çıxarıb

Bakı. 21 may. REPORT.AZ/ "Bank Respublika" ASC “Visa Infinite” adlı yeni premium kartını təqdim edib. Bu barədə "Report"a bankın mətbuat xidmətindən məlumat verilib.

Ekslüziv buraxılan kartla birlikdə "Visa Infinite" sahiblərinə VIP müştərilərin ən yüksək tələblərini məmnun edən özəl xidmətlər təqdim edilir. Səyahətlər, restoranlar, alış-veriş, asudə vaxt və istirahət üçün geniş çeşiddə seçim əldə etməyə imkan yaradan kartın pulsuz konsyerj xidməti də var.

Bank rəsmiləri həmin kartı yalnız VIP müştərilərə təqdim etdiklərini açıqlayıb: "Visa Infinite" kartını ən zəngin və tələbkar müştərilərə təklif edirik ki, onlar nəinki sadə ödəniş vasitəsi, həmçinin yüksək statuslarını vurğulasın, onlara maksimum sərbəstlik, komfort və dünyanın istənilən məkanında VIP-xidmətin təminatçısı olsun".

Bütün dünyada bir neçə on min "Visa Infinite" kartı mövcuddur. Kart sahibləri arasında monarxlar, görkəmli siyasi və ictimai xadimlər az deyil, eyni zamanda kart əsasən iri sahibkarlar və top-menecerlər arasında böyük maraqla qarşılanır.

Son xəbərlər

Orphus sistemi