Bank rəsmisi: “Visa Token” xidmətini Azərbaycana gətirilməsi üçün çox əziyyət çəkdik”

Bank rəsmisi: “Visa Token” xidmətini Azərbaycana gətirilməsi üçün çox əziyyət çəkdik” “Bank sektoru müasir texnologiyalardan istifadə etməsə, gələcəkdə problemlərlə üzləşə bilər. Bu, bütün dünyada özünü göstərən reallıqdır.
Maliyyə
10 Sentyabr , 2019 13:35
Bank rəsmisi: “Visa Token” xidmətini Azərbaycana gətirilməsi üçün çox əziyyət çəkdik”

“Bank sektoru müasir texnologiyalardan istifadə etməsə, gələcəkdə problemlərlə üzləşə bilər. Bu, bütün dünyada özünü göstərən reallıqdır". 

“Report” xəbər verir ki, bunu "Visa Token” xidmətinin təqdimatında çıxış edən “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyəti sədrinin müavini Elmir Həbibullayev deyib.

“Biz bu qabaqcıl texnologiyanın Azərbaycana gətirilməsi və istifadəyə verilməsi üçün çox əziyyət çəkdik. Nəhayət, “Visa”nın dəstəyi ilə bunu bacardıq", - o qeyd edib.

Maliyyə Bazarlarına Nəzarət Palatasının maliyyə bazarlarının infrastrukturuna nəzarət idarəsinin rəisi Tamerlan Rüstəmov isə bildirib ki, yeni xidmətin istifadəyə verilməsi kölgə iqtisadiyyatını azaldacaq. 

Son xəbərlər

Orphus sistemi