Bank rəhbəri: “Bazara məzənnənin sabitliyi lazımdır”

Bank rəhbəri: “Bazara məzənnənin sabitliyi lazımdır” "Unibank"ın İdarə Heyətinin sədri məzənnə ilə bağlı fikirlərini bölüşüb
Maliyyə
14 Fevral , 2017 10:35
Bank rəhbəri: “Bazara məzənnənin sabitliyi lazımdır”

Bakı. 14 fevral. REPORT.AZ/ “Bu gün bazara ABŞ dollarının Azərbaycan manatına qarşı məzənnəsinin necə olmasından daha çox onun sabitləşməsi, bəlli bir dəhliz çərçivəsində dəyişməsi lazımdır”.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Unibank” ASC-nin İdarə Heyətinin sədri Faiq Hüseynov deyib.

Onun sözlərinə görə, Azərbaycan iqtisadiyyatı hələ uzun müddət idxaldan, dolayısı ilə xarici valyutanın məzənnəsindən asılı olacaq. Odur ki, iqtisadi sabitlik üçün məzənnənin sabitləşməsi vacibdir: “Dəhliz bəlli olmalıdır və bunu investor bilməlidir. Gələcəkdə də Azərbaycanda idxalın payı yüksək olacaq. Yəni, biz xarici valyuta ilə bağlıyıq”.

Son xəbərlər

Orphus sistemi