Bank rəhbəri: “Azərbaycanda insanlar rəqəmsal transformasiyaya hazırdır”

Bank rəhbəri: “Azərbaycanda insanlar rəqəmsal transformasiyaya hazırdır” “Biz çalışırıq ki, 2020-ci ilin sonuna qədər müştərilərimizin bank xidmətləri üzrə əməliyyatlarının 90%-ni elektronlaşdıraq”.
Maliyyə
19 İyul , 2019 09:59
Bank rəhbəri: “Azərbaycanda insanlar rəqəmsal transformasiyaya hazırdır”

“Biz çalışırıq ki, 2020-ci ilin sonuna qədər müştərilərimizin bank xidmətləri üzrə əməliyyatlarının 90%-ni elektronlaşdıraq”.

“Report” xəbər verir ki, bunu "Dövlət Sektorunda Rəqəmsal Transformasoya və İnnovasiyalar" proqramının açılışında çıxış edən “PAŞA Bank” ASC-nin İdarə Heyətinin sədri Taleh Kazımov deyib.

Onun sözlərinə görə, Azərbaycanda insanlar rəqəmsal transformasiyaya tam hazırdır: “Bəzən məndən soruşurlar ki, Azərbaycanda insanlar rəqəmsal transformasiyaya hazırdırmı? Mən deyirəm ki, bəli, hazırdır. Bu ilin fevral ayında elektron hökumətlə tərəfdaşlıq nəticəsində MDB-də ilk dəfə fərdi sahibkarlara, kiçik və orta sahibkarlıqla məşğul olan insanlara banka gəlmədən bankın müştərisi olmaq imkanı yaratdıq. Bizim bu layihəmiz tənqidlərlə üzləşmişdi ki, müştərilər banka müştəri olmaq üçün gəlmək istəyirlər. Artıq ay ərzində gələn yeni müştərilərin 80%-i banka gəlmədən bankın müştərisi olur.

Bir müddət əvvələ qədər Azərbaycanda bankların müştərisi olmaq üçün 2-3 gün vaxt sərf olunurdu. Amma biz bunu 1 saat 5 dəqiqəyə endirdik. Müştəri 5 dəqiqə kompüter qabağında, 1 saat isə bizim filialda vaxt keçirməklə müştəri ola bilər. Amma mən düşünürəm ki, bu 1 saatı da ləğv etmək olar. Bunun üçün bir sıra qurumlarla inteqrasiyaya ehtiyac var. Tezliklə bu vaxt 5 dəqiqəyə enəcək”.

Bank rəhbəri onu da deyib ki, beynəlxalq banklarla müqayisədə rəhbərlik etdiyi bankın elektron xidmətləri bir qədər də inkişaf etməlidir. 

Son xəbərlər

Orphus sistemi