Yuxarı
    Bağlamaq

    ​Azərbaycanda bank ehtiyatları 35% artıb

    Dövriyyədə olan nağd pul kütləsinin pul bazasına nisbəti azalıb

    Bakı. 9 fevral. REPORT.AZ/ Azərbaycanda bank ehtiyatları (kommersiya banklarının Mərkəzi Bankdakı müxbir hesablarının qalıqları) illik müqayisədə 35,22% artaraq 2015-ci il yanvarın 1-nə 1,013 mlrd. manata çatıb.

    "Report"un Mərkəzi Bankın hesabatına istinadən verdiyi xəbərə görə, bunun 785,1 mln. manatını sərbəst bank ehtiyatları, 228,0 mln. manatını məcburi ehtiyatlar təşkil edib. Bu da öz növbəsində müvafiq olaraq illik 32,57% və 45,22% artım deməkdir.

    Hesabat ilində ölkədə pul bazası 0,63% artaraq 11,867 mlrd. manata çatıb. Dövriyyədə olan nağd pul kütləsinin pul bazasına nisbəti illik müqayisədə 2,2 faiz bəndi azalaraq 91,4% olub. Cari il yanvarın 1-nə pul bazasının 10,846 mlrd.manatını dövriyyədə olan nağd pullar təşkil edib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,7% azdır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi