"Azər-Türk Bank" onlayn sifariş imkanı yaradıb

"Azər-Türk Bank" onlayn sifariş imkanı yaradıb Bank müştərilər üçün yeni imkanlar yaradıb
Maliyyə
9 İyun , 2015 16:28
Azər-Türk Bank onlayn sifariş imkanı yaradıb

Bakı. 9 iyun. REPORT.AZ/ "Azər-Türk Bank" ASC yenilənmiş www.azerturkbank.az saytında müxtəlif məhsul və xidmətlər üçün onlayn sifariş imkanı yaradıb.

"Report"un banka istinadən verdiyi xəbərə görə, ayrı-ayrı kredit məhsullarını və ödəniş kartlarını sifariş etmək istəyən, habelə bankda yeni əmanət hesabı açmaq istəyən müştərilər müvafiq filialda onlara xidmət vaxtını bu sistemin köməyi ilə əvvəlcədən özləri müəyyənləşdirə bilərlər.

"Müştərinin onlayn sifarişi filiala daxil olan kimi onunla əlaqə yaradılır, xidmət vaxtı təyin edilir və müştəri filiala gələnə qədər bir sıra sənədlər hazırlanmış olur. Müştəri bu məqamda öz vaxtına xeyli qənaət edir", - bankdan bildirilib. 

Son xəbərlər

Orphus sistemi