Bakı. 26 yanvar. REPORT.AZ/ İngiltərə Mərkəzi Bankı (Bank of England) yaxın iki ildə inflyasiyanın səviyyəsini 2%-ə qaldırmaq üçün uçot dərəcəsini artırmaq niyyətindədir. "Report"un məlumatına görə, bunu "The Wall Street Journal"a müsahibəsində İngiltərə Mərkəzi Bankı Maliyyə siyasəti Komitəsinin üzvü Kristin Forbes deyib.
İngiltərə Milli Statistika Bürosunun məlumatına əsasən, ölkədə inflyasiya 2014-cü ilin noyabrından sonra 1%-dən 0,5%-ə düşüb və bu, 2000-ci ildən sonra qeydə alınmış ən aşağı inflyasiya göstəricisidir.
K.Forbesin sözlərinə görə, neftin qiymətinin aşağı düşməsi 2016-cı ilə qədər Britaniyada istehlak xərcləri və investisiya ilə bağlı problemlər yarada bilər.