​"Bank of China" "Qazprom"a 2 mlrd. avro kredit verib

​"Bank of China" "Qazprom"a 2 mlrd. avro kredit verib Bu, "Qazprom" tarixində bir ilkdir
Maliyyə
3 Mart , 2016 20:31
​Bank of China Qazproma 2 mlrd. avro kredit verib

Bakı. 3 mart. REPORT.AZ/ Bu gün, martın 3-də "Bank Of China"nın London filialı ilə "Qazprom" arasında 2 mlrd. avro həcmində 5 illik kredit anlaşması imzalanıb. 

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu, "Qazprom"un tarixində bir maliyyə qurumundan cəlb etdiyi ən böyük kredit vəsaitidir. 

Müqavilə Şanxayda "Qazprom"un İdarə Heyətinin sədr müavini Andrey Kruqlov və "Bank of China"nın London filialının vitse-prezidenti Van Xuabin arasında imzalanıb.

Son xəbərlər

Orphus sistemi