"Bank of Baku"nun səhmdarları yığışır

"Bank of Baku"nun səhmdarları yığışır İclas mayın 31-də keçiriləcək
Maliyyə
16 Aprel , 2016 13:49
Bank of Bakunun səhmdarları yığışır

Bakı. 16 aprel. REPORT.AZ/ Mayın 31-də saat 15:00-da “Bank of Baku” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçiriləcək. “Report” xəbər verir ki, bununla bağlı Bank səhmdarlarına müraciət edib.

Müraciətdə deyilir ki, iclasın gündəliyi bildirişlə birgə səhmdarlara göndərilib və gündəlik üzrə materialları Bankın Atatürk prospekti, 42 ünvanında yerləşən baş ofisindən əldə etmək olar.

Son xəbərlər

Orphus sistemi