"Bank of Baku" yeni təlim mərkəzini istifadəyə verib

"Bank of Baku" yeni təlim mərkəzini istifadəyə verib Bu münasibətlə xüsusi tədbir keçirilib
Maliyyə
6 İyun , 2017 15:22
Bank of Baku yeni təlim mərkəzini istifadəyə verib

Bakı. 6 iyun. REPORT.AZ/ "Bank of Baku" ASC “BoB Akademiya” adlı yeni təlim mərkəzi açıb.

Bankdan "Report" verilən məlumata görə, iyunun 3-də təlim mərkəzinin yerləşdiyi "Veraj Avenue" Biznes Mərkəzində Bankın İdarə Heyəti üzvlərinin, departament və filial direktorlarının iştirakı ilə rəsmi açılış mərasimi keçirilib.

Tədbirdə peşəkar bank mütəxəssislərinin hazırlanmasında və inkişafında "BoB Akademiya"nın əhəmiyyətindən danışan "Bank of Baku"nun İdarə Heyətinin Sədri Eldar Həmidov bildirib ki, təlim mərkəzi rəhbərlik etdiyi qurumun korporativ təlim və inkişaf strategiyasının icrasında, əməkdaşların karyera hədəflərinə çatmasında çox mühüm rola malik olacaq.

"Əminəm ki, bu mərkəzin açılışı Bankın gələcəkdə daha böyük uğurlar əldə etməsinə, korporativ biznes əlaqələrinin genişləndirilməsinə, bankdaxili komanda ruhunun artırılmasına zəmin yaradacaq”, - deyə o, qeyd edib.

"BoB Akademiya" həm bankdaxili, həm də bankxarici tədbir və görüşlərin keçirilməsi üçün unikal məkan rolunu oynayacaq. Burada eyni zamanda müxtəlif sahələr üzrə bankın və korporativ müştərilərin əməkdaşları, həmçinin tələbələr üçün peşəkar təlimlərin də keçirilməsi nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi