"Bank of Baku" yeni kredit kampaniyası keçirir

"Bank of Baku" yeni kredit kampaniyası keçirir Bank 0% komissiya və illik 26%-lə manatla nağd pul kreditləri təklif edir
Maliyyə
5 Oktyabr , 2015 13:01
Bank of Baku yeni kredit kampaniyası keçirir

Bakı. 5 oktyabr. REPORT.AZ/ “Bank of Baku” ASC 5 oktyabr - Müəllimlər günü ilə əlaqədar təhsil sahəsinin bütün işçiləri üçün “Müəllimlərimizə ÖZƏL” adlı kampaniyaya start verir. "Report"un Banka istinadən verdiyi xəbərə görə, kampaniya çərçivəsində təhsil müəssisələrində çalışan müştərilər, həmçinin digər müəssisələrdə təhsil sahəsi üzrə fəaliyyət göstərən şəxslər 0% komissiya, illik 26%-lə manatla nağd pul kreditini əldə edə bilərlər. 

"Pul krediti ilə yanaşı yeni "Bolkart" alan və ya mövcud kartını dəyişən müştərilərə yaşları qədər "Bolkart" balları hədiyyə ediləcək. Məsələn, müraciət edən təhsil işçisinin 55 yaşı varsa, onun yeni "Bolkart"ına hədiyyə olaraq 55 bal yüklənəcək. Bu ballardan istifadə edərək, partnyor mağazalarda 55 manat dəyərində alış-veriş etmək mümkün olacaq", - deyə Bankdan bildirilib. 

Qeyd edək ki, kampaniya oktyabrın 15-dək davam edəcək.



Son xəbərlər

Orphus sistemi