​"Bank of Baku" valyuta əməliyyatlarından 3,3 mln. manat zərərə düşüb

​"Bank of Baku" valyuta əməliyyatlarından 3,3 mln. manat zərərə düşüb Bankın qeyri-faiz zərəri bu ilin birinci rübündə 5,5 dəfə artıb
Maliyyə
4 May , 2015 14:36
​Bank of Baku valyuta əməliyyatlarından 3,3 mln. manat zərərə düşüb

Bakı. 4 may. REPORT.AZ/ "Bank of Baku" ASC 2015-ci ilin birinci rübünü 2,8 mln. manat mənfəətlə başa vurub. Nəticədə mənfəətdən 601 min manat məbləğində vergi ödənildikdən sonra bankın xalis mənfəəti 2,2 mln. manat təşkil edib.

"Report"un banka istinadən verdiyi xəbərə görə, birinci rübdə bankın gəlirləri 46,3 mln. manat, xərcləri 43,6 mln. manat olub.

Hesabata əsasən, yanvar-mart aylarında bank 41,0 mln. manat faiz, 5,3 mln. manat qeyri-faiz gəlirləri əldə edib. Bu müddətdə bankın faiz xərcləri 15,4 mln. manat, qeyri-faiz xərcləri 28,1 mln. manat olub. Nəticədə "Bank of Baku"nun xalis faiz mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 25,11% artaraq 25,6 mln. manat, qeyri-faiz zərəri isə 5,5 dəfə artaraq 22,8 mln. manata çatıb.

Bildirək ki, bank birinci rübdə məzənnə dəyişməsi də daxil olmaqla valyuta əməliyyatlarından 3,3 mln. manat zərərə düşüb. 

Son xəbərlər

Orphus sistemi