Yuxarı
    Bağlamaq

    "Bank of Baku" törəmə investisiya şirkətini bağlayır

    “BOB Broker” şirkəti ləğv olunduğunu elan edib

    Bakı. 8 fevral. REPORT.AZ/ “Bank of Baku” ASC-nin 100% törəmə investisiya şirkəti “BOB Broker” MMC ləğv olunduğunu elan edib.

    Bu barədə “Report”Vergilər Nazirliyinə istinadən xəbər verir.

    Məlumata görə, kreditorlar 2 ay ərzində tələblərini Bakı şəhəri, Nərimanov rayonu, Mustafa Kamal Atatürk prospekti, ev 42 ünvanına bildirə bilərlər.

    Xatırladaq ki, “BOB Broker” şirkəti 2007-ci ildə yaradılıb. Azərbaycanda 2015-ci il iyulun 15-dən qüvvəyə minmiş "Qiymətli kağızlar bazarı haqqında" qanuna əsasən, Şirkətə broker və diler fəaliyyəti, aktivlərin idarə edilməsi ilə məşğul olmaq üçün verilmiş lisenziyaların müddəti ötən ilin sonunda bitib. Bundan sonra onun fəaliyyəti dondurulub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi