Yuxarı
    Bağlamaq

    “Bank of Baku” təhsil krediti kampaniyası keçirir

    Kampaniya çərçivəsində nağd pul kreditləri 3% endirimlə təklif olunur

    Bakı. 17 avqust. REPORT.AZ/ “Bank of Baku” ASC ödənişli əsaslarla universitetə yeni qəbul olunmuş və yaxud ali təhsilini davam etdirən tələbələr üçün təhsil krediti kampaniyasına start verib.

    Bu barədə “Report”a Bankdan bildirilib.

    Məlumatda deyilir ki, “Təhsil gələcəyimizdir, dəstək öhdəliyimizdir” şüarı altında keçirilən kampaniya illik təhsil haqlarının ödənilməsinə dəstək məqsədi daşıyır. Belə ki, avqustun 31-nə qədər davam edəcək kampaniya çərçivəsində 10 min manata qədər nağd pul kreditləri 3% endirimlə və komissiyasız təklif olunur. Kredit üçün ölkədəki ali təhsil ocaqlarında ödənişli əsaslarla təhsil alan tələbələrin ailə üzvlərindən biri – valideyni, nənəsi və yaxud babası, bacısı və yaxud qardaşı müraciət edə bilər.

    Kredit verilməsi üçün əmək haqqı tələbi vergilər daxil olmaqla 185 manat, ödəniş müddət 36 aya qədərdir. Maaş kartı digər banklarda olan şəxslər də kredit üçün müraciət edə bilərlər. Məbləğdən asılı olaraq zamin tələb olunmaması mümkündür.

    Təhsil krediti kampaniyasından faydalanmaq istəyən şəxslər, iş yerindən arayışı və yaxud rəsmi gəlirləri təsdiq edən sənədi, 1-ci xətt qohumunun tələbə olduğunu təsdiq edən sənədi (Universitetdən təqdim olunan arayış, Abituriyent jurnalı və yaxud Dövlət İmtahan Mərkəzinin rəsmi internet səhifəsindən çıxarış) banka təqdim etməklə krediti rəsmiləşdirə bilərlər. İş yerindən arayışı Bankdan ayrılmadan, bütün filiallarda elektron hökumət portalı vasitəsilə əldə etmək olar.

    Kampaniya haqqında daha ətraflı məlumatı Bankın 145 Məlumat Mərkəzinə zəng edərək və yaxud “Facebook” sosial şəbəkəsindəki səhifəsinə (www.facebook.com/bankofbaku) daxil olaraq öyrənmək olar.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi