“Bank of Baku” şənbə və bazar günləri də işləyəcək

“Bank of Baku” şənbə və bazar günləri də işləyəcək Bakı. 3 noyabr. REPORT.AZ/ “Bank of Baku” bundan sonra həftənin bütün günlərində müştərilərinin xidmətində olacaq.
Maliyyə
3 Noyabr , 2017 15:35
“Bank of Baku” şənbə və bazar günləri də işləyəcək

Bakı. 3 noyabr. REPORT.AZ/ “Bank of Baku” bundan sonra həftənin bütün günlərində müştərilərinin xidmətində olacaq.

“Report” xəbər verir ki, bu barədə Bankın açıqlamasında bildirilir.

Məlumatda deyilir ki, “Bank of Baku” bu məqsədlə sabahdan iş rejimini dəyişir. Bankın paytaxtdakı bütün filialları, eyni zamanda “Sumqayıt”, “Yeni Gəncə” və “Şirvan” regional filialları həftəiçi saat 09:00-dan saat 17:00-a qədər (nahar fasiləsi saat 13:00-dan saat 14:00-a qədər) işləyəcək. Şənbə günləri isə “Azneft” filialı saat 10:00-dan 21:00-a qədər (nahar fasiləsi saat 14:00-dan saat 15:00-a qədər), “Neftçilər”, “Bakıxanov”, “Əhmədli”, “Mərdəkan” filialları və Baş İdarə saat 09:00-dan saat 18:00-a qədər (nahar fasiləsi saat 13:00-dan saat 14:00-a qədər), “Yasamal”, “Xırdalan”, “Sumqayıt”, “Həzi Aslanov”, “Mərkəz”, “Nəsimi”, “Səməd Vurğun”, “Şirvan” və “Yeni Gəncə” filialları isə saat 10:00-dan saat 14:00-a qədər nahar fasiləsi olmadan, bazar günləri isə “Azneft” filialı saat 11:00-dan saat 21:00-a qədər (nahar fasiləsi saat 15:00-dan saat 16:00-a qədər) fəaliyyət göstərəcək.

Həftəsonu “Bank of Baku” adları çəkilən filiallarına yaxınlaşan müştərilər nağd pul krediti (restrukturizasiya daxil olmaqla), “Bolkart” kredit və debet kartları əldə edə, valyuta mübadiləsi və təcili pul köçürmə xidmətindən faydalana bilərlər.

“Bank of Baku”-nun filialları və ünvanları haqqında ətraflı məlumatla bu link vasitəsilə tanış olmaq mümkündür:

http://www.bankofbaku.com/az/filials-and-atms/fillials

Son xəbərlər

Orphus sistemi