"Bank of Baku” sahibkarlar üçün yeni xidmət istifadəyə verib

"Bank of Baku” sahibkarlar üçün yeni xidmət istifadəyə verib Bakı. 12 yanvar. REPORT.AZ/ “Bank of Baku” ASC korporativ müştərilərinə internet bankçılıqda hesablararası ölkə xaricinə pulköçürmə imkanı yaradıb.
Maliyyə
12 Yanvar , 2018 14:59
Bank of Baku” sahibkarlar üçün yeni xidmət istifadəyə verib

Bakı. 12 yanvar. REPORT.AZ/ “Bank of Baku” ASC korporativ müştərilərinə internet bankçılıqda hesablararası ölkə xaricinə pulköçürmə imkanı yaradıb.

“Report” bu barədə Banka istinadən xəbər verir.

Sahibkarlar və iş adamlarına təqdim edilən bu xidmət, xarici bank hesablarına təhlükəsiz və daha endirimli tariflə pul göndərmə imkanı yaradır.

Belə ki, “Bank of Baku”nun korporativ müştəriləri "Internet Banking"ə daxil olaraq cari hesablarından istənilən xarici bank hesabına günün istənilən saatında, təhlükəsiz və rahat şəkildə pul vəsaitlərini köçürə bilərlər.

Vəsaitin köçürülməsinə görə məbləğdən asılı olaraq minimum 0,2% komissiya haqqı təşkil edir və vəsaiti göndərən müştəridən tutulur. Köçürmə əməliyyatının tamamlanması üçün tələb olunan sənədlərin sistemə yüklənmə imkanı da mövcuddur.

Qeyd edək ki, 30 iyun 2018-ci il tarixinədək Bankın yeni və internet bankçılığa hələ də qoşulmamış köhnə korporativ müştəriləri əlavə ödəniş etmədən, xidmətə qoşularaq tam istifadə hüququnu pulsuz əldə edə bilərlər. 

Son xəbərlər

Orphus sistemi