Yuxarı

​"Bank of Baku"nun Şəki filialı yeni ünvana köçüb

Bundan sonra filial müştərilərə M.Ə.Rəsulzadə pr-ti, 149B ünvanında xidmət göstərəcək

Bakı. 7 yanvar. REPORT.AZ/ "Bank of Baku" ASC-nin Şəki filialı yeni ünvana köçüb. Bu barədə "Report"a Bankın mətbuat xidmətindən məlumat daxil olub.

Bundan sonra, Şəki filialı müştərilərə M.Ə.Rəsulzadə pr-ti,149B ünvanında xidmət göstərəcək.

"Bank of Baku"nun baş direktoru Fərid Əlizadə deyib ki, filial kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi üçün geniş imkanlar yaradacaq: "Bankımızın strateji inkişaf proqramında həm yeni filialların açılışına, həm də mövcud olan filialların təkmilləşdirilməsinə xüsusi diqqət yetirilir. Bu proqrama uyğun olaraq Şəki şəhərində rahat və müasir filial yaratdıq. Yeni filialda xüsusi zona yaradılıb və burada çalışan 7 təcrübəli əməkdaş kiçik və orta sahibkarlığın kreditləşməsinə dair geniş xidmətlər göstərəcək".

Xatırladaq ki, "Bank of Baku"nun Şəki filialında istehlak və biznes kreditləri rəsmiləşdirmək, əmanət yerləşdirmək, pul köçürmək, kredit kartları əldə etmək və bir çox digər xidmət və məhsullardan faydalanmaq olar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi