"Bank of Baku"nun səhmdarları toplaşacaq

"Bank of Baku"nun səhmdarları toplaşacaq İclas iyunun 23-də bankın baş idarəsində keçiriləcək
Maliyyə
9 May , 2017 11:24
Bank of Bakunun səhmdarları toplaşacaq

Bakı. 9 may. REPORT.AZ/ Cari il iyunun 23-də "Bank of Baku" ASC-nin səhmdarlarının Ümumi Yığıncağının növbəti iclası keçiriləcək. İclas saat 15:00-da bankın baş idarəsində (Bakı AZ1069, Atatürk prospekti, 42 ünvanında) baş tutacaq.

"Report" bu barədə rəsmi qəzetə istinadən xəbər verir.

"Bank of Baku" 1994-cü ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 52,87 mln. manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 15,55 manat olan 3,4 mln. səhm əsasında formalaşıb. Səhmlərin 35%-i Türkiyənin "NAB Holding"inə, 31,11%-i Hikmət Abuzər oğlu İsmayılova ("Azsığorta" ASC-nin 100%-lik səhmdarı), 28,89%-i "Azpetrol Neft Şirkəti" MMC-yə, 5%-i isə Elçin Həmid oğlu İsayevə (Müşahidə Şurasının sədri) məxsusdur.

Son xəbərlər

Orphus sistemi