“Bank of Baku”nun mənfəəti kəskin artıb

“Bank of Baku”nun mənfəəti kəskin artıb “Bank of Baku” ASC 2019-cu ili 24,571 milyon manat xalis mənfəətlə başa vurub.
Maliyyə
28 Yanvar , 2020 17:57
“Bank of Baku”nun mənfəəti kəskin artıb

“Bank of Baku” ASC 2019-cu ili 24,571 milyon manat xalis mənfəətlə başa vurub.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2018-ci ilə nisbətən 7,1 dəfə çoxdur.

Ötən il “Bank of Baku”nun gəlirləri 52,201 milyon manat (illik müqayisədə 16,9% çox), xərcləri 44,928 milyon manat (36,4% az), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti 24,259 milyon manat (17,8% az), mənfəət vergisi ödəmələri isə 6,961 milyon manat (əvvəlki il vergi ödəməyib) təşkil edib.

Bu il yanvarın 1-nə “Bank of Baku”nun aktivləri 381,094 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 27% çoxdur. Bunun 219,856 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2019-cu ildə Bankın kredit portfeli 9,7% böyüyüb.

Hesabat dövründə “Bank of Baku”nun öhdəlikləri 21,9% artaraq 317,086 milyon manat, o cümlədən depozit portfeli 9,9% artaraq 183,223 milyon manat, balans kapitalı isə 60,2% artaraq 64,008 milyon manat təşkil edib.

Xatırladaq ki, "Bank of Baku" 1994-cü ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 52,87 milyon manatdır. Bankın səhmlərinin 35%-i Türkiyənin "NAB Holding"inə, 31,11%-i Hikmət Abuzər oğlu İsmayılova ("Azsığorta" ASC-nin 100%-lik, "AFB Bank" ASC-nin isə 99,64%-lik səhmdarı), 28,89%-i "Azpetrol Neft Şirkəti" MMC-yə, 5%-i isə Elçin Həmid oğlu İsayevə (Müşahidə Şurasının sədri) məxsusdur.

Son xəbərlər

Orphus sistemi