“Bank of Baku”nun mənfəəti kəskin artıb

“Bank of Baku”nun mənfəəti kəskin artıb “Bank of Baku” ASC-nin cəmi aktivləri bu il iyulun 1-nə 291,238 milyon manat təşkil edib.
Maliyyə
19 İyul , 2019 10:14
“Bank of Baku”nun mənfəəti kəskin artıb

“Bank of Baku” ASC-nin cəmi aktivləri bu il iyulun 1-nə 291,238 milyon manat təşkil edib.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il iyulun 1-i ilə müqayisədə 2,7% azdır.

“Bank of Baku”nun aktivlərinin 172,158 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 7,7% kiçilib.

Hesabat dövründə “Bank of Baku”nun cəmi öhdəlikləri 16,1% azalaraq 219,503 milyon manata, o cümlədən depozit portfeli 26% azalaraq 122,851 milyon manata düşüb, cəmi kapitalı isə 90% artaraq 71,735 milyon manata çatıb.

Bu ilin yanvar-iyun aylarında “Bank of Baku”nun əməliyyat gəlirləri 24,557 milyon manat (ötən ilin eyni dövrünə nisbətən 10% çox), əməliyyat xərcləri 46,61 milyon manat (2,4% çox), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti 66,766 milyon manat (2,7 dəfə çox), gözlənilməz xərcləri 71 min manat (1 il bundan əvvəl olmayıb), mənfəət vergisi ödəmələri isə 8,356 milyon manat (1 il bundan əvvəl vergi ödəməyib) təşkil edib. Son nəticədə Bank I yarımili 32,287 milyon manat xalis mənfəətlə başa vurub. Halbuki, maliyyə qurumu ötən ilin eyni dövründən 1,814 milyon manat mənfəətlə çıxmışdı.

Xatırladaq ki, "Bank of Baku" 1994-cü ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 52,87 milyon manatdır. Bankın səhmlərinin 35%-i Türkiyənin "NAB Holding"inə, 31,11%-i Hikmət Abuzər oğlu İsmayılova ("Azsığorta" ASC-nin 100%-lik, "AFB Bank" ASC-nin isə 99,64%-lik səhmdarı), 28,89%-i "Azpetrol Neft Şirkəti" MMC-yə, 5%-i isə Elçin Həmid oğlu İsayevə (Müşahidə Şurasının sədri) məxsusdur.

Son xəbərlər

Orphus sistemi