​"Bank of Baku"nun aktivləri ötən il 12% artıb

​"Bank of Baku"nun aktivləri ötən il 12% artıb Ötən il bankın qiymətli kağızlar portfelində 2,4 dəfə artım qeydə alınıb
Maliyyə
26 Yanvar , 2015 16:38
​Bank of Bakunun aktivləri ötən il 12% artıb

Bakı. 26 yanvar. REPORT.AZ/ Azərbaycanın "Bank of Baku" ASC-nin aktivləri 2014-cü ildə 12,4% artaraq cari ilin əvvəlinə 748,192 mln. manata çatıb.

"Report"un banka istinadən verdiyi xəbərə görə, hesabat ilində aktivlərin həcmində nağd vəsaitlər 44,9% artaraq 33,094 mln. manat, "nostro" hesabları 50,16% azalaraq 15,994 mln. manat, banklar da daxil olmaqla maliyyə müəssisələrindəki depozitlər və kreditlər 2,3 dəfə artaraq 7 mln. manat, qiymətli kağızlar portfeli 2,4 dəfə artaraq 29,962 mln. manat, overdraflar da daxil olmaqla müştərilərə verilən kredit və lizinqlər 12,0% artaraq 624,145 mln. manat, icmalaşmamış törəmə şirkətlərə investisiyalar və maliyyə iştirakı 24,84% azalaraq 1,167 mln. manat olub.

Həmçinin hesabat ilində bankın öhdəliklərində müştəri depozitləri 6,91% artaraq 419,973 mln. manat, bankların və maliyyə institutlarının depozit və kreditləri isə 37,16% artaraq 99,886 mln. manat, bank tərəfindən buraxılmış qiymətli kağızlar və subordinasiya borcları 41,38% artaraq 32,158 mln. manata çatıb.

Qeyd edək ki, hesabat ilində bankın məcmu kapitalı 10,94% artaraq 2015-ci il yanvarın 1-nə 138,232 mln. manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi