“Bank of Baku”nun aktivləri 17% azalıb

“Bank of Baku”nun aktivləri 17% azalıb Bakı. 15 aprel. REPORT.AZ/ “Bank of Baku” ASC-nin cəmi aktivləri bu il aprelin 1-nə 493,702 mln. manat təşkil edib.“Report” Bankın maliyyə hesabatı...
Maliyyə
15 Aprel , 2017 09:45
“Bank of Baku”nun aktivləri 17% azalıb

Bakı. 15 aprel. REPORT.AZ/ “Bank of Baku” ASC-nin cəmi aktivləri bu il aprelin 1-nə 493,702 mln. manat təşkil edib.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il aprelin 1-i ilə müqayisədə 16,5% azdır.

“Bank of Baku”nun aktivlərinin 41,85%-ni və yaxud 206,613 mln. manatını müştərilərə verilmiş kreditlər təşkil edib. Son 1 ildə Bankın kredit portfeli 46,6% kiçilib.

Martın sonuna maliyyə qurumunun verdiyi kreditlərin 139,131 mln. manatının və yaxud 67,3%-ni vaxtı keçib.

Hesabat dövründə “Bank of Baku”nun cəmi öhdəlikləri 16,85% azalaraq 431,393 mln. manata, o cümlədən depozit portfeli 17,8% azalaraq 270,353 mln. manata düşüb. Bank Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliyini isə 50% artıraraq 60 mln. manata çatdırıb.

İl ərzində kredit təşkilatının cəmi kapitalı isə 14,1% azalaraq 62,309 mln. manat olub.

Bu ilin I rübündə “Bank of Baku”nun faiz gəlirləri 17,559 mln. manat, faiz xərcləri 7,619 mln. manat, qeyri-faiz gəlirləri 1,237 mln. manat, qeyri-faiz xərcləri isə 4,112 mln. manat təşkil edib. Son nəticədə Bankın xalis əməliyyat 7,065 mln. manat olub.

“Bank of Baku” aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılmasına 18,708 mln. manat ayırıb və rübü 11,643 manat xalis zərərlə başa vurub.

"Bank of Baku" 1994-cü ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 52,87 mln. manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 15,55 manat olan 3,4 mln. səhm əsasında formalaşıb. Səhmlərin 35%-i Türkiyənin "NAB Holding"inə, 31,11%-i Hikmət Abuzər oğlu İsmayılova ("Azsığorta" ASC-nin 100%-lik səhmdarı), 28,89%-i "Azpetrol Neft Şirkəti" MMC-yə, 5%-i isə Elçin Həmid oğlu İsayevə (Müşahidə Şurasının sədri) məxsusdur.

Son xəbərlər

Orphus sistemi