“Bank of Baku” nağdsız ödənişlər üzrə yenidən lider seçilib

“Bank of Baku” nağdsız ödənişlər üzrə yenidən lider seçilib Bu barədə Bankın açıqlamasında bildirilir
Maliyyə
17 Mart , 2017 12:49
“Bank of Baku” nağdsız ödənişlər üzrə yenidən lider seçilib

Bakı. 17 mart. REPORT.AZ/ “Bank of Baku” ASC artıq 4-cü ildir ki, ardıcıl olaraq, Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən keçirilən müsabiqədə “Nağdsız ödənişlər üzrə lider bank” nominasiyasının qalibi seçilib.

“Report” xəbər verir ki, bu barədə Bankın açıqlamasında bildirilir.

Məlumatda deyilir ki, 2013-cü ildən etibarən AMB ölkədə nağdsız ödənişlərin, müasir texnologiyadan istifadənin genişləndirilməsinin təşviqi məqsədilə müxtəlif layihələr və müsabiqələr təşkil edir. Azərbaycan Banklar Assosiasiyasının təşkilati dəstəyilə keçirilən sayca 4-cü müsabiqədə “Bank of Baku” öncəki illərdə olduğu kimi, bu il də nağdsız ödənişlər üzrə ölkənin lider bankı adını qoruyub saxlaya bilib. Bununla yanaşı, “Elektron ticarətin inkişafında lider bank” nominasiyası üzrə də II yerə layiq görülən Bank, qaliblər sırasında yer alıb.

“Elektron bankçılığın inkişafı sahəsində fəaliyyətimizi genişləndirərək, müştərilərimizin filiala gəlmədən xidmətlərimizdən 24/7 rejimində istədikləri an faydalana bilməsi üçün çalışırıq. Bu istiqamətdə fəaliyyətimizin əsas məqsədi müştərilərimizin bankomatlar, ödəniş terminalları, e-kommersiya xidmətləri, internet bankçılıq, mobil bankçılıq, SMS bankçılıq və digər elektron bankçılıq xidmətlərindən istifadə edərək əməliyyatlarını daha rahat şəkildə icra etmələrinə dəstək olmaqdır”, - deyə Bankın Rəqəmsal bankçılıq və layihələrin idarə edilməsi Departamentinin direktoru Anar Abbasov qeyd edib.

Son xəbərlər

Orphus sistemi