"Bank of Baku" müştərilərə yeni xidmətlər təklif edib

"Bank of Baku" müştərilərə yeni xidmətlər təklif edib Bankdaxili hesablararası köçürmələrə görə xidmət haqqı alınmayacaq
Maliyyə
12 Aprel , 2016 15:33
Bank of Baku müştərilərə yeni xidmətlər təklif edib

Bakı. 12 aprel. REPORT.AZ/ “Bank of Baku” ASC “İnternet Banking” xidmətində yeniliklər edib. “Report”un məlumatına görə, əsas yeniliklərdən biri Bankın müştərilərinin müxtəlif hesablararası pul köçürmələrini filiala yaxınlaşmadan, yalnız birdəfəlik şifrə ilə təsdiqləyərək icra edə bilməsi ilə bağlıdır.

Məlumata görə, ölkədaxili pul köçürməsi edən müştərilər bu xidmətdən istifadə etdikdə xidmət haqqına 50% güzəşt əldə edəcəklər. Bankdaxili hesablararası köçürmələr edən müştərilərdən isə xidmət haqqı alınmayacaq.

"Bank of Baku" bu sahədə təhlükəsizliyi təmin etmək üçün birdəfəlik şifrələrdən istifadəni tətbiq edəcək və SMS vasitəsilə mobil nömrəyə göndərilən şifrə istifadədən sonra yararsız olacaq.

Son xəbərlər

Orphus sistemi