“Bank of Baku” maliyyə vəziyyətini açıqlayıb

“Bank of Baku” maliyyə vəziyyətini açıqlayıb Bakı. 25 yanvar. REPORT.AZ/ “Bank of Baku” ASC-nin cəmi aktivləri illik müqayisədə 25% azalaraq bu il yanvarın 1-nə 300 072 min manat təşkil edib.
Maliyyə
25 Yanvar , 2019 15:22
“Bank of Baku” maliyyə vəziyyətini açıqlayıb

Bakı. 25 yanvar. REPORT.AZ/ “Bank of Baku” ASC-nin cəmi aktivləri illik müqayisədə 25% azalaraq bu il yanvarın 1-nə 300 072 min manat təşkil edib.

“Report” bu barədə bankın illik maliyyə hesabatına istinadən xəbər verir.

Bu müddətdə overdarftlar da daxil olmaqla, müştərilərə verilən kreditlərin və lizinqlərin xalis məbləği illik müqayisədə 1,4% artaraq 200 404 min manat olub. 2019-ci il yanvarın 1-nə bankın cəmi öhdəlikləri illik 28,4% azalaraq 260 126 min manat, o cümlədən depozit portfeli 34,1% azalaraq 159 242 min manata düşüb. Azərbaycan Mərkəzi Bankından (AMB) alınmış kreditlər isə 2017-ci illə müqayisədə eyni səviyyədə qalaraq 2019-ci il yanvarın 1-nə 20 mln. manat təşkil edib. Cari il yanvarın 1-nə bankın nizamnamə kapitalı 52 870 min manat, cəmi kapitalı 39 946 min manat təşkil edib.

Ötən il ərzində bank 3 473 min manat mənfəət əldə edib. Bu müddətdə bankın faiz gəlirləri 41 322 min manat, faiz xərcləri 14 432 min manat, qeyri-faiz gəlirləri 3 333 min manat, qeyri-faiz xərcləri 57 030 min manat təşkil edib.

Qeyd edək ki, 2018-ci ildə isə bank 35 428 min manat zərərlə işləyib.

Son xəbərlər

Orphus sistemi