Yuxarı

"Bank of Baku" kreditləşməni bərpa edib

Bunun üçün Bankın istənilən filialına müraciət etmək olar

Bakı. 4 may. REPORT.AZ/ "Bank of Baku" ASC nağd pul krediti, eləcə də kredit kartlarının verilməsi xidmətini bərpa edib. "Report"un Banka istinadən verdiyi xəbərə görə, indi nağd pul krediti, eləcə də "Bolkart" kredit kartı əldə etmək istəyən şəxslər Bankın istənilən filialına müraciət edə bilərlər.

Müştərilər müxtəlif ehtiyaclarının qarşılanması üçün nəzərdə tutulan nağd pul kreditini manatla 6 və ya 12 ay müddətinə rəsmiləşdirə bilərlər: 6 aylıq kreditlər illik faiz dərəcəsi minimum 24,40%, 12 aylıq kreditlər isə minimum 26%-dən başlayaraq verilir.

Kredit üçün həm Bankın qənaətbəxş tarixçəli təkrar müştəriləri, həm də dövlət və tərəfdaş özəl müəssisələrində çalışan şəxslər müraciət edə bilər. Banka daxil olan kredit müraciətləri qiymətləndirilərkən müştərinin gəlirləri və cari öhdəlikləri əsas götürülür. Şərtlərə əsasən, ərizəçinin müraciət gününə minimum yaş həddi 20, sonuncu ödəniş tarixinə qədər isə maksimum 65 olmalıdır.

Kreditin rəsmiləşdirilməsi üçün iş yerindən arayışı və/və ya rəsmi gəlirləri təsdiq edən sənədləri təqdim etmək tələb olunur. İş yerindən arayışı Bankdan ayrılmadan bütün filiallarda quraşdırılan elektron hökumət portalı vasitəsilə əldə etmək olar.

Bundan başqa, bir müddət öncə yenilənərək hər kəsə özəl təqdim olunan "Bolkart" kredit kartlarını şəxsi gəliri olan gənclər, həmçinin dövlət və tərəfdaş özəl müəssisələrinin əməkdaşları əldə edə bilər. Bununla yanaşı, köhnə "Bolkart" sahibi olan şəxslər də yeni "Bolkart"ı rəsmiləşdirməklə limitlərinin yenidən nəzərdən keçirilməsi üçün Banka müraciət edə bilərlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi