​"Bank of Baku" krediti dollarda olan müştərilər üçün güzəşt kampaniyasına başlayıb

​"Bank of Baku" krediti dollarda olan müştərilər üçün güzəşt kampaniyasına başlayıb Bu güzəşt kampaniyasından yararlanmaq istəyən müştərilər Bankın istənilən filialına müraciət edə bilərlər
Maliyyə
17 Mart , 2016 12:27
​Bank of Baku krediti dollarda olan müştərilər üçün güzəşt kampaniyasına başlayıb

Bakı. 17 mart. REPORT.AZ/ "Bank of Baku" ASC krediti ABŞ dollarında olan müştərilər üçün Novruz bayramına özəl olaraq yeni güzəşt imkanını təqdim edib. "Report"un Banka istinadən verdiyi xəbərə görə, dollarla kredit götürmüş müştərilər martın 17-18-də Banka müraciət etməklə, borc öhdəliyinin qalan hissəsini manata çevirə bilərlər.

"Bu güzəşt imkanından dollarla kredit götürən bütün müştərilərin maksimum dərəcədə faydalanmasına imkan yaradılacaq. Təminatlı şərtlərlə kredit götürən müştərilərin müraciətlərinə fərdi qaydada baxılacaq. Bunun üçün kredit tarixçəsindən asılı olaraq müştərilərdən borcun müəyyən - minimum 10%-dən başlayan hissəsini Bankın cari məzənnəsi ilə ödəmələri tələb olunur. Bu əməliyyatın icrası üçün kommissiya haqqı nəzərdə tutulmayıb", - deyə "Bank of Baku"dan bildirilib.

Bu güzəşt kampaniyası çərçivəsində dollar kreditini manata çevirmək istəyən müştərilər Bankın istənilən filialına müraciət edə bilərlər.

Son xəbərlər

Orphus sistemi