“Bank of Baku” korporativ müştərilərinə yeni əmək haqqı kartlarını təklif edir

“Bank of Baku” korporativ müştərilərinə yeni əmək haqqı kartlarını təklif edir Kartların buraxılması və 4 illik xidmət haqqı 8 manat təşkil edir
Maliyyə
10 Aprel , 2017 16:43
“Bank of Baku” korporativ müştərilərinə yeni əmək haqqı kartlarını təklif edir

Bakı. 10 aprel. REPORT.AZ/ “Bank of Baku” ASC korporativ müştərilərinin - sahibkarların, şirkət rəhbərlərinin işini - əməkdaşların aylıq məvacibinin verilməsi prosesini asanlaşdıracaq yeni əmək haqqı kartları təklif edir. 

Bu barədə “Report”a bankın mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, bu kartları əldə etməklə, şirkət rəhbərləri həm özlərinə, həm də əməkdaşlarına bir çox üstünlüklər və əlavə imtiyazlar qazandıra bilərlər.

Belə ki, kartların sayəsində şirkət mühasibləri banka gəlmədən maaşları internet bankinq vasitəsilə hesablara köçürə, əməkdaşlar isə “Bank of Baku” ATM və POS-terminalları, eləcə də "Millikart" prosessinq mərkəzinə daxil olan bankların ATM-ləri vasitəsilə hesablarındakı vəsaitləri 0% komissiya ilə nağdlaşdıra, həm ölkə daxilində, həm də ölkə xaricində etdikləri alış-verişdə 15%-dək BAL qazanaraq toplanılan BAL-ları daha sonra yeni alış-verişdə istifadə edə biləcəklər. 

Həmçinin kart sahibləri “Bank of Baku”nun “Cash-in” ödəniş terminalları vasitəsilə balanslarını istədikləri an artıra bilərlər. “Bank of Baku”nun əmək haqqı kartlarından korporativ müştərilərə “Bolkart Gold Salary” və “Bolkart Ailə Salary” verilir. Birinci kart rəhbər vəzifəli şəxslərə, baş mühasiblərə və yaxud onların vəzifələrini icra edən səlahiyyətli nümayəndələrə, digəri isə bütün əməkdaşlara təqdim olunur.

Debet funksiyalı bu kartlar sahiblərinə təkcə əmək haqlarından deyil, eyni zamanda şəxsi vəsaitlərindən də rahat istifadə imkanı yaradır. Yəni, kart sahibləri 24/7 rejimində şəxsi pul vəsaitlərindən istifadə edərək kart balanslarını istədikləri an özləri artıra və yaxud heç bir komissiya haqqı tutulmadan nağdlaşdırma edə bilərlər.

Yuxarıda qeyd olunan üstünlüklərlə yanaşı, əmək haqqı kartı ilə birlikdə “Bank of Baku”dan D secure, SMS bankçılıq, SMS məlumatlandırma, həmçinin İnternet Bankçılıq sisteminə qoşulma pulsuz HƏDİYYƏ edilir.

Kartların buraxılması və 4 illik xidmət haqqı 8 manat təşkil edir.

“Bank of Baku”nun korporativ müştərilərinə təqdim etdiyi bu və digər xidmətlər və məhsullar haqqında daha ətraflı məlumatla, Bankın rəsmi internet ünvanındakı korporativ bankçılıq bölməsindən tanış olmaq mümkündür: http://bankofbaku.com/az/corporate/,

Son xəbərlər

Orphus sistemi