“Bank of Baku” korporativ müştərilərə növbəti özəl xidmətini istifadəyə verib

“Bank of Baku” korporativ müştərilərə növbəti özəl xidmətini istifadəyə verib Bakı. 19 yanvar. REPORT.AZ/ “ “Bank of Baku”ASC “Sizə yaxın korporativ bankçılıq” şüarına uyğun olaraq növbəti xidmətini təqdim edib. Bank 145 Məlumat Mərkəzi daxilində korporativ müştərilərə xidmət bölməsini istifadəyə verib.
Maliyyə
19 Yanvar , 2018 10:47
“Bank of Baku” korporativ müştərilərə növbəti özəl xidmətini istifadəyə verib

Bakı. 19 yanvar. REPORT.AZ/ “ “Bank of Baku”ASC “Sizə yaxın korporativ bankçılıq” şüarına uyğun olaraq növbəti xidmətini təqdim edib. Bank 145 Məlumat Mərkəzi daxilində korporativ müştərilərə xidmət bölməsini istifadəyə verib.

“Report” bu barədə Banka istinadən xəbər verir.

Bankın korporativ müştəriləri 145-1-1 nömrəsilə əlaqə saxlayaraq daxil olan bütün sual və müraciətlərin dərhal cavablandırılması, internet bankçılıq xidmətinin aktivləşdirilməsi və istifadə ilə bağlı dəstəyin göstərilməsi, köçürmələrlə bağlı əməliyyatların təsdiqi və ya ləğv edilməsi, "Asan imza" nömrələrinin qeydiyyata alınması, kartlar üzrə PIN-kodun yenidən aktivləşdirilməsi, SMS bankçılıq xidmətinə qoşulma kimi xidmətlərdən banka gəlmədən istifadə edə bilərlər.

Bankın 145 Məlumat Mərkəzi həftəiçi hər gün saat 09:00-dan 20:00-dək, şənbə və bazar günləri isə saat 09:00-dan 18:00-dək fasiləsiz olaraq müştərilərə xidmət göstərir.

Qeyd edək ki, 145 Məlumat Mərkəzinə istər şəhərdaxili telefonlardan, istərsə də regionlardan zənglər pulsuzdur. 

Son xəbərlər

Orphus sistemi