"Bank of Baku" nizamnamə kapitalını 2,7 dəfə artırır

"Bank of Baku" nizamnamə kapitalını 2,7 dəfə artırır Kapital artımı nəticəsində Bankın nizamnamə kapitalı 143,9 mln. manata çatdırılacaq
Maliyyə
23 İyun , 2017 17:08
Bank of Baku nizamnamə kapitalını 2,7 dəfə artırır

Bakı. 23 iyun. REPORTR.AZ/ "Bank of Baku" ASC-nin səhmdarlarının ümumi yığıncağının növbəti iclası keçirilib. İclasda bankın kapitalının 91 mln. manat həcmində və ya 2,7 dəfə artırılması barədə qərar qəbul edilib. 

"Report" bu barədə Banka istinadən xəbər verir.

Qeyd edək ki, hazırda Bankın nizamnamə kapitalı 52,87 mln. manatdır. Kapital artımı nəticəsində Bankın nizamnamə kapitalı 143,87 mln. manat təşkil edəcək. Kapital artımı ilə bağlı qərarın icrasının ən qısa zaman ərzində həyata keçirilməsi nəzərdə tutulub.

Bu qərarın icrası ilə "Bank of Baku"nun məcmu kapitalının həcmi Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən müəyyən olunmuş normativ tələblərə tam cavab verəcək. 

Son xəbərlər

Orphus sistemi