“Bank of Baku” istehlak kreditlərini müvəqqəti ucuzlaşdırıb

“Bank of Baku” istehlak kreditlərini müvəqqəti ucuzlaşdırıb Bank fiziki şəxs olan müştəriləri üçün kampaniya keçirir
Maliyyə
6 Yanvar , 2017 16:07
“Bank of Baku” istehlak kreditlərini müvəqqəti ucuzlaşdırıb

Bakı. 6 yanvar. REPORT.AZ/ “Bank of Baku” ASC müştərilərə verdiyi istehlak kreditlərinin illik faiz dərəcəsini müvəqqəti olaraq 2 faiz bəndi azaldıb.

Bu barədə “Report”a bankdan bildirilib.

Məlumata görə, bu ayın sonuna qədər keçirilən kampaniya çərçivəsində fiziki şəxslərə kreditlər əvvəlki kimi illik 26-32%-lə deyil, 24-30%-lə ayrılacaq. Kreditlər yalnız manatla verilir.

Xatırladaq ki, "Bank of Baku" 1994-cü ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 52,87 mln. manatdır. Bankın səhmlərinin 35%-i Türkiyənin "NAB Holding"inə, 31,11%-i Hikmət Abuzər oğlu İsmayılova ("Azsığorta" ASC-nin 100%-lik səhmdarı), 28,89%-i "Azpetrol Neft Şirkəti" MMC-yə, 5%-i isə Elçin Həmid oğlu İsayevə (Müşahidə Şurasının sədri) məxsusdur.

Son xəbərlər

Orphus sistemi