Bakı. 16 noyabr. REPORT.AZ/ “Bank of Baku” ASC ipoteka krediti üzrə şərtlərini yüngülləşdirib. İllik faiz dərəcəsini aşağı salan Bank, 150 min manatadək ipoteka kreditini indi illik 7% dərəcəsi ilə təqdim edir.
“Report” bu barədə Banka istinadən xəbər verir.
“Bank of Baku”nun təklif etdiyi ipoteka kreditləri üzrə maksimal ödəniş müddəti 25 il, ilkin ödəniş isə 20% təşkil edir.
İpoteka krediti əldə etmək istəyənlər rəsmiləşdirmə üçün şəxsiyyəti təsdiq edən sənəd və sənədin surəti, nikah (və ya nikahın pozulması) haqqında şəhadətnamə və sənədin surəti, yetkinlik yaşına çatmamış ailə üzvlərinin şəxsiyyət vəsiqələri və ya doğum haqqında şəhadətnamələri və həmin sənədlərin surəti, iş yerini və gəlirlərini təsdiq edən sənədlər təqdim etməlidirlər.
Azərbaycan İpoteka Fondu tərəfindən ayrılan vəsait hesabına İpoteka kreditlərindən faydalanmaq istəyən hər bir şəxs