"Bank of Baku" 8 gün davam edəcək 8 kampaniyaya başlayıb

"Bank of Baku" 8 gün davam edəcək 8 kampaniyaya başlayıb Bu kampaniyalardan Bankın həm cari, həm də yeni müştəriləri faydalana bilər
Maliyyə
6 Mart , 2017 14:58
Bank of Baku 8 gün davam edəcək 8 kampaniyaya başlayıb
Bank of Baku

Bakı. 6 mart. REPORT.AZ/ "Bank of Baku" ASC 8 Mart – Beynəlxalq Qadınlar Günü ərəfəsində xanımlara özəl 8 gün davam edəcək 8 kampaniyaya start verir. Bu kampaniyalardan bankın həm cari, həm də yeni müştəriləri faydalana bilər.

"Report" bu barədə banka istinadən xəbər verir. 

"Bolkart Gənc" debet hədiyyə kampaniyası ilə "Bolkart Gənc" debet əldə etmək istəyən 27 yaşadək olan xanımlar kartı emissiya və 2 illik xidmət haqqı pulsuz olaraq əldə edə bilərlər. "Bolkart Ailə" debet pulsuz kampaniyası ilə yaşı 27-dən yuxarı olan xanımlar "Bolkart Ailə" debet kartını emissiya və 2 illik xidmət haqqı pulsuz olaraq rəsmiləşdirəcəklər. "Bolkart Ailə" debet kartına sahib olan bəylər isə öz kartlarına bağlı ikinci kart əldə edərək xanımlarına hədiyyə edə bilərlər.

"İşkart" debet pulsuz kampaniyası ilə isə xanım sahibkarlara və ya VÖEN hesabına malik vergi ödəyicisi olan hər bir xanıma kart 1 və ya 2 illik hədiyyə ediləcək. 

Digər kamnaiya nağd pul kreditlərinə 0% komissiyanı nəzərdə tutur. 5 000 manatadək nağd pul krediti üçün müraciət edən xanım müştərilərə komissiya faizi hədiyyə olunacaq. Bundan başqa, xanım sahibkarlar üçün əmək haqqı layihəsi üzrə ayrılan plastik kartlar pulsuz olub. Həmçinin kampaniya çərçivəsində "Bolkart Gənc" və "Bolkart Ailə" kredit kartlarının 1-ci il xidmət haqqısı pulsuzdur. 

Eyni zamanda "Bolkart" kredit kartları ilə 3 və ya 6 ay əvəzinə 8 aya ödəmək imkanı yaradılır. Bildirək ki, 8 taksit kampaniyası yalnız geyim, parfümeriya, aksessuar, telefon və məişət avadanlıqları satılan mağalarda keçərlidir.

Daha bir kampaniya "Lider" və "Monex" təcili pul köçürmələri üzrə 50% endirim tətbiqini nəzərdə tutur.

Son xəbərlər

Orphus sistemi