"Bank of Baku” bu ilin əvvəlindən 3 mln. manatdan çox mənfəət əldə edib

"Bank of Baku” bu ilin əvvəlindən 3 mln. manatdan çox mənfəət əldə edib Bakı. 22 oktyabr. REPORT.AZ/ “Bank of Baku” ASC-nin cəmi aktivləri illik müqayisədə 30,5% azalaraq bu il oktybarın 1-nə 301 607 min manat təşkil edib.
Maliyyə
22 Oktyabr , 2018 09:47
Bank of Baku” bu ilin əvvəlindən 3 mln. manatdan çox mənfəət əldə edib

Bakı. 22 oktyabr. REPORT.AZ/ “Bank of Baku” ASC-nin cəmi aktivləri illik müqayisədə 30,5% azalaraq bu il oktybarın 1-nə 301 607 min manat təşkil edib.

“Report” bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.

Bu müddətdə overdarftlar da daxil olmaqla, müştərilərə verilən kreditlərin və lizinqlərin xalis məbləği illik müqayisədə 1,8% azalaraq 193 199 min manat olub.

2018-ci il oktyabrın1-nə bankın cəmi öhdəlikləri illik 33,3% azalaraq 262 073 min manat, o cümlədən depozit portfeli 42,3% azalaraq 157 013 min manat olub. Azərbaycan Mərkəzi Bankından (AMB) alınmış kreditlər isə ötən ilin eyni dövrü ilə müqayisədə eyni səviyyədə qalaaraq 2018-ci il oktyabrın 1-nə 20 mln. manat təşkil edib.

Cari il iyoktybarın 1-nə bankın nizamnamə kapitalı 52 870 min manat, cəmi kapitalı 39 535 min manat təşkil edib.

Yanvar-sentyabr ayları ərzində bank 3 128 min manat xalis mənfəət əldə edib. Bu ilin ilk doqquz ayı ərzində bankın faiz gəlirləri 31 035 min manat, faiz xərcləri 11 022 min manat, qeyri-faiz gəlirləri 2 504 min manat, qeyri-faiz xərcləri 46 137 min manat təşkil edib.

Qeyd edək ki, ötən ilin müvafiq dövründə isə bank 31 890 min manat zərərlə işləyib.

Son xəbərlər

Orphus sistemi