"Bank of Baku" biznes kreditlərinə 3% endirim edib

"Bank of Baku" biznes kreditlərinə 3% endirim edib Bakı. 5 dekabr. REPORT.AZ/ “Bank of Baku” ASC iş adamları üçün yeni kredit kampaniyasına başlayıb. Kampaniya müddətində kiçik və orta sahibkarlıq krediti və ya mikrokredit məhsulu üzrə müraciət edən müştərilər biznes kreditini 3% endirim və 0% komissiya ilə əldə edəcəklər.
Maliyyə
5 Dekabr , 2017 10:49
Bank of Baku biznes kreditlərinə 3% endirim edib

Bakı. 5 dekabr. REPORT.AZ/ “Bank of Baku” ASC iş adamları üçün yeni kredit kampaniyasına başlayıb. Kampaniya müddətində kiçik və orta sahibkarlıq krediti və ya mikrokredit məhsulu üzrə müraciət edən müştərilər biznes kreditini 3% endirim və 0% komissiya ilə əldə edəcəklər.

“Report” bu barədə Banka istinadən xəbər verir.

Sahibkarlıq fəaliyyəti göstərən şəxslər 20 000 manatadək mikrokreditləri illik 3% endirim və 0% komissiya ilə, kiçik və orta sahibkarlıq kredit məhsulunu əldə etmək istəyən müştərilər isə 300 000 manatadək kreditləri illik 20%-dən başlayan faiz dərəcəsi ilə əldə edə bilərlər.

Dekabrın 30-dək davam edən kampaniyadan Bankın həm yeni, həm də təkrar müştəriləri faydalana bilərlər.

Son xəbərlər

Orphus sistemi