Yuxarı

"Bank of Baku" birjanın listinqinə daxil edilib

Sabahdan Bakı Fond Birjasında Bank of Bakunun qiymətli kağızları üzrə ticarətə start verilir

Bakı. 6 iyul. REPORT.,AZ/ Bu gündən etibarən Bakı Fond Birjası (BFB) Listinq Komitəsinin qərarı ilə “Bank of Baku” ASC-nin qiymətli kağızları BFB-də alternativ bazar seqmentində listinqə daxil edilib.

"Report"un verdiyi xəbərə görə, bu barədə Birjanın yaydığı məlumatda bildirilir.

Məlumata əsasən, ticarətə buraxılan qiymətli kağızların sayı 3,4 mln. ədəd, qiymətli kağızların ilkin ticarət qiyməti 15,55 manat təşkil edir. Ticarətə iyulun 7-dən etibarən başlanılacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi