“Bank of Baku” birinci yarımildə 2 mln. manata yaxın xalis mənfəət əldə edib

“Bank of Baku” birinci yarımildə 2 mln. manata yaxın xalis mənfəət əldə edib Bakı. 20 iyun. REPORT.AZ/ “Bank of Baku” ASC-nin cəmi aktivləri illik müqayisədə 36,9% azalaraq bu il iyulun 1-nə 299 460 min manat təşkil edib.
Maliyyə
20 İyul , 2018 10:43
“Bank of Baku” birinci yarımildə 2 mln. manata yaxın xalis mənfəət əldə edib
0 : 00
0 : 00

Bakı. 20 iyun. REPORT.AZ/ “Bank of Baku” ASC-nin cəmi aktivləri illik müqayisədə 36,9% azalaraq bu il iyulun 1-nə 299 460 min manat təşkil edib.

“Report” bu barədə Bankın yarımillik maliyyə hesabatına istinadən xəbər verir.

Bu müddətdə overdarftlar da daxil olmaqla, müştərilərə verilən kreditlərin və lizinqlərin xalis məbləği illik müqayisədə 11,1% azalaraq 186 498 min manat olub.

2018-ci il iyulun 1-nə bankın cəmi öhdəlikləri illik 38,9% azalaraq 261 713 min manat, o cümlədən depozit portfeli 45,5% azalaraq 166 072 min manat olub. Azərbaycan Mərkəzi Bankından (AMB) alınmış kreditlərin həcmi isə ötən ilin eyni dövrü ilə müqayisədə eyni səviyyədə qalaaraq 2018-ci il iyulun 1-nə 20 mln. manat təşkil edib. Cari il iyulun 1-nə bankın nizamnamə kapitalı 52 870 min manat, cəmi kapitalı 37 747 min manat təşkil edib.

Yanvar-iyun ayları ərzində bank 1 814 min manat xalis mənfəət əldə edib. Qeyd edək ki, ötən ilin müvafiq dövründə isə bank 26 041 min manat zərərlə işləyib.

Son xəbərlər

Orphus sistemi