"Bank of Baku" Azərbaycan Mikromaliyyə Assosiasiyası tərəfindən mükafatlandırılıb

"Bank of Baku" Azərbaycan Mikromaliyyə Assosiasiyası tərəfindən mükafatlandırılıb Bank "Böhran dövründə yeni məhsul və xidmətlər təklif edən ən qabaqcıl təşkilat" seçilib
Maliyyə
1 May , 2017 15:01
Bank of Baku Azərbaycan Mikromaliyyə Assosiasiyası tərəfindən mükafatlandırılıb

Bakı. 1 may. REPORT.AZ/ "Bank of Baku" ASC Azərbaycan Mikromaliyyə Assosiasiyası tərəfindən təşkil olunan “AMFA Mükafatlandırma Proqramı-2017” çərçivəsində mükafata layiq görülüb.

"Report"un Banka istinadən verdiyi xəbərə görə, müsabiqə çərçivəsində elan edilən “Böhran dövründə yeni məhsul və xidmətlər təklif edən ən qabaqcıl təşkilat” nominasiyasının qalibi məhz "Bank of Baku" seçilib. Yerli və beynəlxalq maliyyə qurumlarının iştirakı ilə keçən tədbirdə "Bank of Baku"ya mükafatı Asiya İnkişaf Bankının (ADB) baş iqtisadçısı Nail Vəliyev təqdim edib.

"Sektorunun innovatoru olaraq tanınan "Bank of Baku" böhran dövründə də fəaliyyətini müştərilərinin tələb və ehtiyaclarına uyğun şəkildə qurub, bir çox yeni məhsul və xidmətlərini onların istifadəsinə təqdim edib. Fiziki və hüquqi şəxslərə geniş çeşidli maliyyə xidmətləri göstərən "Bank of Baku" növbəti illərdə də, onları yeniləyərək təkmilləşdirməyi, həmçinin istək və ehtiyaclarına cavab verəcək yeni xidmət və məhsulları təqdim etmək niyyətindədir", - deyə məlumatda qeyd olunub.

Son xəbərlər

Orphus sistemi