Yuxarı
    Bağlamaq

    ​"Bank of Baku" ADİU-nun tələbələri üçün təqaüd proqramı təsis edib

    Proqrama Universitetə 450-dən çox balla qəbul olunan və son sessiyada 70-dən çox bal toplayan III və IV kursların tələbələri müraciət edə bilər

    Bakı. 29 yanvar. REPORT.AZ/ Azərbaycan Dövlət İqtisad Universitetinə (ADİU) 450-dən çox balla qəbul olunan və son sessiyanın nəticəsinə görə 70-dən yuxarı bal toplayan III və IV kursların tələbələri təqaüd proqramı üçün müraciət edə bilərlər.

    "Report"un ADİU-nun Marketinq və kommunikasıya Departamentinə istinadən verdiyi xəbərə görə, bunu "Bank of Baku" ASC-nin İdarə Heytənin sədr müavini Zaur Qaraisayev bu gün Universitetdə Bankın Tədris Laboratoriyasının açılış mərasimində deyib.

    Bank, laboratoriyanı 14 noutbuk, Wi-Fi avadanlıqları, mebel dəstləri, maliyyə, mühasibatlıq, bank işinə aid kitablar və digər ofis avadanlıqları ilə təmin edib.

    Z.Qaraisayev "Bank of Baku"nun təqaüd proqramı, müraciət şərtləri və qaydaları haqqında danışıb və bildirib ki, tələbə təqaüdü proqramına Universitetin III və IV kurslarının tələbələri sənədlərini təqdim edə bilər. Təqaüd alan 5 tələbə eyni zamanda, "Bank of Baku"da təcrübə keçmək imkanı əldə edəcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi