Bakı. 28 may. REPORT.AZ/ "Bank of Baku" ASC-nin aktivlərinin həcmi illik müqayisədə 25,88% azalaraq cari il aprelin 1-nə 591,354 mln. manata enib. "Report"un Banka istinadən verdiyi xəbərə görə, aktivlərdə nağd vəsaitlərin həcmi 25,064 mln. manat təşkil edib.
Bankın kredit portfeli ötən ilin müvafiq dövrünə nisbətən 37,8% azalaraq 621,467 mln. manatdan 386,635 mln. manata düşüb. Hesabat dövründə depozit portfeli 28,4% azalaraq 328,76 mln. manat olub. Cari il aprelin 1-nə "Bank of Baku"nun Mərkəzi Bankdan alınmış kreditlərinin həcmi 40 mln. manat təşkil edib.
Cari il aprelin 1-nə Bankın nizamnamə kapitalı 52,87 mln. manat, məcmu kapitalı 85,624 mln. manat olub.