"Bank of Azerbaijan"ın lisenziyası ləğv edilib

"Bank of Azerbaijan"ın lisenziyası ləğv edilib Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin qərarı ilə “Bank of Azerbaijan” ASC-nin bank lisenziyası ləğv edilib
Maliyyə
18 Yanvar , 2016 17:27
Bank of Azerbaijanın lisenziyası ləğv edilib

Bakı. 18 yanvar. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiyinə, məcmu kapitalının adekvatlıq əmsalının 3%-dən az olduğuna, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etmədiyinə görə “Bank of Azerbaijan” ASC-nin bank lisenziyası ləğv edilib.

"Report"un Mərkəzi Banka istinadən verdiyi xəbərə görə, “Banklar haqqında” qanunun 51-ci və 52-ci maddələrinə uyğun olaraq bu gündən Banka müvəqqəti inzibatçı təyin edilib.

AMB bildirir ki, “Bank of Azerbaijan” ASC-də Əmanətlərin Sığortalanması Fondu tərəfindən əhalinin qorunan əmanətləri üzrə qanunvericiliyə müvafiq olaraq kompensasiyaların ödənişi həyata keçiriləcək.

Son xəbərlər

Orphus sistemi