​"Bank of Azerbaijan" əmanətləri müştərilərə hissə-hissə qaytarır

​"Bank of Azerbaijan" əmanətləri müştərilərə hissə-hissə qaytarır Maliyyə vəziyyəti pisləşən Bank müştərilərin siyahısını hazırlayıb və əmanətləri tədricən ödəyir
Maliyyə
21 Aprel , 2015 10:49
​Bank of Azerbaijan əmanətləri müştərilərə hissə-hissə qaytarır

Bakı. 21 aprel. REPORT.AZ/ Son vaxtlar maliyyə vəziyyəti pisləşən "Bank of Azerbaijan" ASC əmanətlərini geri almaq istəyən müştərilərə vəsaitlərini hissələrə bölərək ödəyir.

"Report"un verdiyi xəbərə görə, ödənişlər baş ofisdə kassada yığılan nağd vəsaitin məbləğindən və əmanətin həcmindən asılı olaraq dəyişir. Əhalinin əmanətlərini qaytararkən Bank hesablanan faiz gəlirlərini də nəzərə alır. Bildirək ki, Bankın əməkdaşlıq etdiyi beynəlxalq ödəniş sistemlərinə borcu olduğundan, müştərilərə ödənişlər plastik kartlarla deyil, yalnız nağd şəkildə aparılır. Əmanətlərini almaq istəyən müştərilərin baş ofisdə siyahısı hazırlanıb və hər bir müştəriyə vəsait hissə-hissə verilir.

Xatırladaq ki, "Bank of Azerbaijan" artıq bir ilə yaxındır kreditləşməni və əmanətlərin qəbulunu dayandırıb.

Son xəbərlər

Orphus sistemi