​“Bank of Azerbaijan” ASC-nin Mərkəzi Banka qarşı apellyasiya şikayəti qeyri-mümkün hesab edilib

​“Bank of Azerbaijan” ASC-nin Mərkəzi Banka qarşı apellyasiya şikayəti qeyri-mümkün hesab edilib Hakim Həmid Həmidovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub
Maliyyə
26 Mart , 2016 12:55
​“Bank of Azerbaijan” ASC-nin Mərkəzi Banka qarşı apellyasiya şikayəti qeyri-mümkün hesab edilib

Bakı. 26 mart. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində lisenziyası ləğv edilmiş “Bank of Azerbaijan” Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Mərkəzi Bankına (AMB) qarşı apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb.

“Report”un məlumatına görə, hakim Həmid Həmidovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, “Bank of Azerbaijan” ASC-nin apellyasiya şikayəti qeyri-mümkün hesab edilib.

Qeyd edək ki, Mərkəzi Bank “Bank of Azerbaijan” ASC-ni məhkəməyə verib. AMB ASC-nin iflas prosedurunun başlanması barədə tələb irəli sürüb. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi ərizəni təmin edib. Qərardan narazı qalan “Bank of Azerbaijan” ASC-nin səhmdarlarının nümayəndəsi apellyasiya şikayəti verib.

Qeyd edək ki, bu ilin yanvar ayında AMB-nin İdarə Heyətinin qərarı ilə məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiyinə, məcmu kapitalının adekvatlıq əmsalının 3%-dən az olduğuna, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etmədiyinə görə “Bank of Azerbaijan” ASC-nin bank lisenziyası ləğv edilib. “Banklar haqqında” qanuna uyğun olaraq banka müvəqqəti inzibatçı təyin edilib. 

Son xəbərlər

Orphus sistemi