Yuxarı
    Bağlamaq

    "Bank of America" personalı olmayan filiallar açır

    Bankın gələn il yeni tip filialların sayını artıracağı gözlənilir

    Bakı. 8 fevral. REPORT.AZ/ ABŞ-ın ən məşhur banklarından olan "Bank of America" son bir ayda 3-cü tam avtomatlaşdırılmış, personalı olmayan filialını açıb. "Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə Bankın mətbuat katibi En Peys (Anne Pace) məlumat verib. 

    Mətbuat katibinin sözlərinə görə, yeni tip bank filiallarında müştərilər bankomatlardan istifadə etməklə yanaşı bankın fiziki olaraq digər filiallarında çalışan əməkdaşları ilə videokonfrans vasitəsilə ünsiyyət yarada biləcəklər. Peys həmçinin bildirib ki, bununla onlar işçi heyətinin sayını azaltmağı planlaşdırırlar. 

    O, yeni tip filialların nağd pul çıxarmaq, çekləri nağdlaşdirmaq əməliyyatları ilə yanaşı ipoteka və avtomobil kreditləri vermək, kredit kartları rəsmiləşdirmək kimi çətin əməliyyatları həyata keçirəcəyini qeyd edib. 

    "BofA"-nın 2018-ci ildə 50-60 filial açacağı, bunlardan çoxunun yeni tip filal olacağı ehtimal edilir. Xatırladaq ki, 2010-cu illə müqayisədə Bankın filiallarının sayı 1 321 ədəd və ya 22,4% azalıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi