​"Nikoil Bank"ın illik mənfəəti artıb

​"Nikoil Bank"ın illik mənfəəti artıb Bankın qeyri-faiz zərəri ötən il 70% artıb
Maliyyə
10 Fevral , 2015 10:15
​Nikoil Bankın illik mənfəəti artıb

Bakı. 10 fevral. REPORT.AZ/ "Nikoil Bank" ASC ötən il ərzində 2,261 mln. manat həcmində mənfəət əldə edib. Bu isə 2013-cü illə müqayisədə 53,79% çoxdur.

"Report"un Banka istinadən verdiyi xəbərə görə, 2014-cü il ərzində Bankın gəlirləri əvvəlki illə müqayisədə 35,32% artaraq 49,928 mln. manat, o cümlədən faiz gəlirləri 31,49% artaraq 42,7 mln. manat, qeyri-faiz gəlirləri 63,29% artaraq 7,3 mln. manat təşkil edib.

Xərclərə gəldikdə isə, ötən il Bankın xərcləri 51,54% artaraq 53,684 mln. manat, o cümlədən faiz xərcləri 35,57% artaraq 23,0 mln. manat, qeyri-faiz xərcləri 68,38% artaraq 29,9 mln. manatı keçib.

Hesabat ilində Bankın PR və marketinq xərcləri 743 min manat təşkil edib ki, bu da illik müqayisədə 9,84% çoxdur.

Beləliklə, "Nikoil Bank" ötən ili 19,7 mln. manat həcmində faiz mənfəəti ilə başa vurub. Bu da əvvəlki illə müqayisədə 27,0% çoxdur. Bankın qeyri-faiz zərəri isə 2014-cü ildə 70,1% artaraq 22,7 mln. manat olub.

Son xəbərlər

Orphus sistemi