​Azərbaycanda əhalinin yarıdan çoxu bank müştərisidir

​Azərbaycanda əhalinin yarıdan çoxu bank müştərisidir Azərbaycan əhalisinin 56%-nin bankda əmanəti var
Maliyyə
7 Yanvar , 2015 15:59
​Azərbaycanda əhalinin yarıdan çoxu bank müştərisidir

Bakı. 7 yanvar. REPORT.AZ/ Azərbaycanda bank müştərilərinin ümumi sayı illik müqayisədə 3,44% artaraq 2014-cü il dekabrın 1-nə 5 356 242 nəfərə çatıb.

"Report"un Mərkəzi Banka istinadən verdiyi xəbərə görə, müştərilərin 5 255 866 nəfərini fiziki, o cümlədən 165 720 nəfərini sahibkarlıqla məşğul olanlar, 100 376 nəfərini hüquqi şəxslər təşkil edib. Fiziki şəxslər üzrə illik artım 3,41%, hüquqi şəxslər üzrə isə 5,05% olub.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2014-cü il noyabrın 1-nə Azərbaycan əhalisi 9 574 300 nəfərə çatıb. Yəni orta hesabla ölkə əhalisinin təxminən 56%-i bank müştəriləridir.

Hesabat dövründə müştəri hesablarının sayı 63,37% artaraq 14 146 524-ə çatıb. Bunun da 10 435 538-ni cari hesablar, o cümlədən 10 254 295-i fiziki,181 243-ü isə hüquqi şəxslərin cari hesabları təşkil edib. 

Son xəbərlər

Orphus sistemi