Yuxarı
    Bağlamaq

    "Muğanbank"ın xalis mənfəəti 15% artıb

    Bankın faiz mənfəəti 50% artaraq 24 mln. manatı keçib

    Bakı. 7 fevral. REPORT.AZ/ Azərbaycan "Muğanbank" ASC ötən il ərzində 6,120 mln. manat mənfəət əldə edib. Vergi ödənildikdən sonra xalis mənfəət isə 4,698 mln. manat təşkil edib.

    "Report"un banka istinadən verdiyi xəbərə görə, 2014-cü ildə bankın mənfəəti əvvəlki illə müqayisədə 12,67% xalis mənfəəəti isə 15,14% artıb.

    Hesabata əsasən, ötən il ərzində bankın gəlirləri 37,92% artaraq 59,309 mln. manat, o cümlədən faiz gəlirləri 40,04% artaraq 43,136 mln. manat, qeyri-faiz gəlirləri 32,56% artaraq 16,173 mln. manat olub. Ötən il ərzində bankın xərclərində artım müşahidə olunub. Belə ki, bankın məcmu xərci 41,57% artaraq 53,189 mln. manata çatıb. Xərclərin 18,928 mln. manatını faiz, 34,261 mln. manatını qeyri-faiz xərcləri əhatə edib. Hesabat ilində faiz xərclərində 29,19%, qeyri-faiz xərclərində 75,98% artım qeydə alınıb.

    Beləliklə də ötən il ərzində bankın faiz mənfəəti 49,88% artaraq 24,208 mln. manat, qeyri-faiz zərəri 2,49 dəfə artaraq 18,088 mln. manat təşkil edib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi