​"Bank Moskvı" məhkəmədə Telman İsmayılovun şirkətindən 213 mln. dollar tələb edib

​"Bank Moskvı" məhkəmədə Telman İsmayılovun şirkətindən 213 mln. dollar tələb edib İddia üzrə ilkin dinləmələr avqustun 24-də keçiriləcək
Maliyyə
8 Avqust , 2015 04:09
​Bank Moskvı məhkəmədə Telman İsmayılovun şirkətindən 213 mln. dollar tələb edib

Bakı. 8 Avqust. REPORT.AZ/ VTB qrupuna daxil olan "Bank Moskvı" Moskva Arbitraj Məhkəməsində azərbaycanlı iş adamı Telman İsmayılovun AST qrupuna daxil olan "KBF AST" MMC şirkətinə qarşı 213 milyon dollardan artıq məbləğin alınmasına dair iddia qaldırıb.

"Report" xəbər verir ki, bu barədə RİA "Novosti"yə cümə günü məhkəmədən məlumat verilib.

Məlumata görə, iddia Arbitraj Məhkəməsinə iyulun 14-də daxil olub, iddia tələblərinin əsası hələlik məlum deyil və məhkəmə iddia üzrə ilkin dinləmələri avqustun 24-nə təyin edib. İşə üçüncü şəxs qismində "Ruslayn 2000" MMC cəlb olunub.

"Bank Moskvı" eyni zamanda cavabdeh şəxsin əmlakına həbs qoyulması şəklində təminedici tədbirlərin görülməsi iddiası ilə ərizə verib, lakin məhkəmə iddiaçının xahişini əsassız sayıb.

Son xəbərlər

Orphus sistemi